17.12.2010

AzMİU haqqında qısa məlumat


Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Univesitetin ümumi sahəsi 49000m2 olan 5 tədris korpusu, tələbə şəhərciyində 5 yataqxanası vardır. Şəhərcikdə xarici tələbələr üçün 9 mərtəbəli 1 yataqxana korpusu vardır. Universitetin nəzdində İnşaat Kolleci və texniki təmayüllü Lisey fəaliyyət göstərir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Dövlət Universitetinin tərkibində "İnşaat" fakültəsi, 1930-34-cü illərdə sərbəst İnşaat İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnustitutunun tərkibində "İnşaat" fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar "İnşaat" fakültəsi oraya köçürülmüşdür. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildən İnstitut Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.