Debat Haqqında
Qədim dövürlərdən debat açıq cəmiyyət məfhumu ilə sıx bağlı olmuşdur. Qədim Afina əhalisi günün ən əsas məsələlərini müzakirə etmək üçün forumlara yığışırdılar. Bu debatlar dövlət formasının ayrılmaz hissəsi idi ki, bu da Afinanın bütün dünyaya vəsiyyət etdiyi demokratiyadır.
Məhdud sayda ideyaların mütləq həqiqət kimi qəbul olunduğu totalitar və digər qeyri–demokratik cəmiyyətlərdən fərqli olaraq demokratik cəmiyyətlər azad və açıq fikir mübadiləsindən asılıdır. Həqiqətən də, belə demək olar ki, əsl demokratiya debatsız mövcud ola bilməz. Demokratiyanın fəaliyyət göstərməsi üçün debatın müdafiə etdiyi dəyərlər–mühakimə, dözümlülük, sübutun düzgün qiymətləndirilməsi inkişaf etdirilməlidir. Lakin hətta açıq diskussiyaların məhdud olduğu cəmiyyətlərdə belə debat gənclərə öyrədir ki, hec bir şey son həqiqətə malik deyil.
Bu gün, Haitidən Serbiyaya qədər, Niderlanddan Monqolustana qədər və ondan uzaqda debatlar cəmiyyəti inkişaf etdirən forum kimi genişlənməkdədir. 2500 il əvvəl Sokrat tələbələrini öz fərziyələrini nəzərdən keçirməyə vadar etdiyi kimi, debat bu gün dünya tələbələrini bir-birini sorğu-sual etməyə, dinləməyə, ən davamsız mövzuları belə açıq, dözümlülük və əməkdaşlıq ruhunda tədqiq etməyə çağırır.
İndi debatlar bütün dünyanın məktəb və universitetlərində keçirilir.
Debat nədir?
Debat iki komanda və ya individuallar arasında arqumentasiyanın formal yarışıdır. Daha geniş desək və ən əsası debat demokratiya və açıq cəmiyyətin inkişafı və qorunması üçün əhəmiyyətli vasitədir. Sadəcə şifahi və ya ifa bacarığından daha artıq, debat əsaslandırılmış arqument, fərqli nöqteyi-nəzərlərə hörmət və ciddi özünə nəzarət ideallarını təcəssüm etdirir. Debat hər şeydən əvvəl, əks fikirli insanlar üçün ziddiyyətli məsələlərin mənfi rəy, təhqir olmadan müzakirəsi yoludur. Debatın əsas fərqli xüsusiyyəti budur ki, nadir hallarda razılaşma ilə bitir, daha çox, həmin məsələnin ciddi analizinə imkan verir. Ola bilsin ki, fransız filosofu Cozef Robert “Məsələni müzakirə etmədən həll etməkdənsə, həll etmədən müzakirə etmək daha yaxşıdır” deyəndə məhz bunu nəzərdə tutmuşdu. Debat tam həqiqəti təsdiq edən forum deyil, daha çox debatçılara özünün və digərlərinin mövqeyini başa düşməyə imkan verən arqumentlər yaradılması və qiymətləndirilməsi üsuludur.
Debat nə üçündür ?
Debatların zəruriliyinə dair müxtəlif fikirlər mövcuddur. Ən əsası odur ki, debat aparmaq bacarığı hər bir gəncə gündəlik həyatda lazımdır. Gəncin tənqidi təfəkkürünün inkişaf etdirilməsinə debat kömək edir. Debatlar ətraf mühitə müxtəlif nöqteyi–nəzərdən baxmağı, faktları və ideyaları şübhə altına almağı, arqumentasiyanı məntiqi qurmağı və qarşınızdakını inandırmağı öyrədir. Bunların köməkliyi ilə gənc ünsiyyətə alışır. Elmdə və peşəkar həyatda mühüm nailiyyətlər qazanmaq üçün öz nöqteyi–nəzərini ifadə etmək və opponentlərin arqumentlərini təqzib etmək bacarığı əsas şərtdir. Gənc debat aparmaq bacarığına yiyələnməklə cəmiyyətdə baş verən hadisələri anlamağı öyrənir və öz baxışlarını müdafiə etmək qabiliyyətini inkişaf etdirir. Bütün dünyada gənclər debatlar vaxtı çox şey öyrənirlər. Komanda üzvləri dost olurlar. Debatlar yeni görüşlər və ünsiyyət üçün imkanlar açır.
Debatın prinsipləri
Hörmət
Düzgünlük
Öyrənməyi öyrənmək
Aydınlıq
Niyə Debat?
“Düzgün fikir ayrılığı yaxşı inkişafa işarədir” – Mohatmas Qandi
Debat prosesi fərdlər, cəmiyyətlər və əslində, bütövlükdə qlobal cəmiyyət üçün dərin və davamlı fayda verir. Debat tənqidi düşüncə, effektiv əlaqə, müstəqil tədqiqat və komanda işini xüsusi vurğulamaqla fərdlərə məktəbdə, işdə, siyasi həyatda demokratik cəmiyyətin vətəndaşı kimi öz öhdəliklərini yerinə yetirməyə xidmət edən bacarıqlar öyrədir. Bir halda ki, vətəndaşlar debatı öyrəniblər, onlar cəmiyyətdə baş verən prosesləri tənqidi nəzərdən keçirməyi bacaracaq və əhəmiyyətli məsələləri məlumatlı şəkildə mühakimə edəcək.